Mingəçevir şəhərində “Gələcəyə birlikdə sosial fəallıq və inkişaf proqramı” layihəsi çərçivəsində Gənclər Forumu təşkil olunub.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, forumda gənclərin sosial fəallığının artırılması, onların inkişaf imkanlarının genişləndirilməsi, həmçinin müxtəlif sahələrdə iştirakçılar arasında qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılması məqsədilə çıxışlar dinlənilib və müzakirələr keçirilib.
Tədbir çərçivəsində gənclərin mövcud çağırışlara verdiyi cavablar, gələcək fəaliyyət istiqamətləri və yeni təşəbbüslərin həyata keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.