Ağstafa rayonu üzrə Gənclər və İdman Sektoru ilə Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gənclərin karyera qurmaq bacarıqları” mövzusunda təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, təlim sektorun baş məsləhətçisi Rəşad Abbaslı və sosial xidmət müəssisəsinin əməkdaşı Aynurə Bayramovanın təqdimatında baş tutub. İştirakçılara karyera planlaşdırması, iş müsahibələrində özünü təqdimetmə, çətin suallara cavab strategiyaları, peşəkar əlaqələrin qurulması, fərdi inkişaf və əmək bazarındakı aktual trendlər barədə faydalı məlumatlar çatdırılıb.
Təlimdə 27 könüllü gənc iştirak edib.