Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 2025-ci il məzunu Həsən Tahirov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının informasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.
“Tehsil365” xəbər verir ki, informasiya təhlükəsizliyi ixtisası kiber təhlükəsizlik, məlumatların qorunması və elektron sistemlərin müdafiəsi sahələrini əhatə edir. Bu sahədə ali təhsil almaq Həsənə həm ölkəmizin təhlükəsizlik sistemində, həm də müasir informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq.
Həsəni, onun valideynlərini və yetişməsində əməyi keçən müəllimləri təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.