Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Regional İdarənin və Rayon Təhsil Sektorlarının əməkdaşları tərəfindən monitorinqlər həyata keçirilir.
Dağlıq Şirvan Regional Təhsil İdarəsindən “Tehsil365”ə məlumat verilib ki, monitorinqlər zamanı bağçalarda təlim-tərbiyə prosesinin qaydalara uyğun təşkili, məşğələlərin keçirilməsi, davamiyyət, ərzaq təminatı və saxlanması, uşaqların qidalanması, sənədləşmənin düzgün aparılması və digər məsələlər araşdırılır.
Bildirilib ki, bu tipli monitorinqlər mütəmadi olaraq davam etdiriləcək.