Tovuz Regional “ASAN xidmət" mərkəzində Tovuz rayonu üzrə gənclər və idman sektorunun və Tovuz Regional “ASAN xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin karyera qurmaq bacarıqları” mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlimin açılışında çıxış edən Tovuz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Yaşar Orucov iştirakçılara mövzu ilə əlaqədar məlumat verib və onlara uğurlar arzulayıb.
Təlim Tovuz Regional “ASAN xidmət" mərkəzinin könüllüsü Aygün Məmmədovanın təqdimatında baş tutub. Təlimdə gənclərə karyera planlaşdırması, CV-nin və tərcümeyi-halın hazırlanma prinsipləri, klassik və infoqrafik CV nümunələri barədə məlumat verilib.
Təlimdə könüllülər və fəal gənclər olmaqla 17 nəfər iştirak edib.