Lənkəran Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsində məktəbimizin şagirdləri böyük uğura imza atmışlar.
“Tehsil365” xəbər verir ki, Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbinin şagirdi Hüseynzadə Səma İlkin qızı III yerə, Bağırzadə Gültac Samir qızı isə IV yerə layiq görülərək diplom və hədiyyələrlə təltif edilmişlər.
Gəncləri təbrik edir, gələcək fəaliyyətlərində də eyni nailiyyətləri qazanmaqlarını arzulayırıq.