Avqustun 15-də Bakı Konqres Mərkəzində 2025-ci il “Enactus” Azərbaycan Milli Yarışı uğurla yekunlaşıb. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, ATGTİ və “Enactus Azərbaycan”ın tərəfdaşlığı ilə təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra “Enactus Azərbaycan” İdarə Heyətinin üzvləri səhnəyə dəvət edilərək çıxış ediblər. Onlar çıxışlarında dövlətin gənclər siyasətində təhsilin və savadlı gənclərin yetişdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu istiqamətdə həyata keçirilən islahatların əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda həmçinin “Enactus” layihələrinin tələbələrin bilik və bacarıqlarının inkişafına, onların müasir dövrün çağırışlarına uyğun formalaşmasına xidmət etdiyi bildirilib.
Tədbirin rəsmi hissəsi rəqs və musiqi proqramı ilə başa çatıb.