Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 21 nömrəli Çaldaş kənd kitabxana filialında 16 avqust 2025-ci il tarixində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Poeziyamızın parlaq sənətkarı” adlı ədəbi-bədii layihə çərçivəsində “Ana dilim” başlıqlı şeir saatı təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbirdə 7 nəfər iştirak edib. Kitabxanaçı çıxış edərək, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə geniş məlumat verib. Daha sonra iştirakçılar Xalq şairinin “Ana dilim”, “Kitab” və “Vətən” adlı şeirlərini səsləndiriblər.
Sonda tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunan kitab sərgisi ilə tanış olublar.