Bakı Ali Neft Məktəbinin (BANM) 2025-ci il məzunu İsmayıl Məsimov “Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. O, Böyük Britaniyanın University of Manchester-də Advanced Control and Systems Engineering ixtisası üzrə magistr təhsili alacaq.
“Tehsil365” xəbər verir ki, İsmayıl Məsimov 2020-ci ildə 688,5 bal toplayaraq BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub.
Onun nailiyyətləri sırasında “Gənc İstedadlar Proqramı”nın qalibi olması, “SOCAR Türkiyə”nin yay təcrübə proqramında iştirak etməsi, həmçinin BANM-da keçirilən beynəlxalq elmi konfranslarda II və III yerlərə layiq görülməsi yer alır.
Məsimovun əldə etdiyi uğurlar Azərbaycanın gənc kadrlarının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə kimi qiymətləndirilir.