Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın məqaləsi "Xalq qəzeti"ndə işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, “Rəqəmsal bilik xəzinəsinə doğru” adlı məqalə kitabxananın 100 illik yubileyinə həsr olunub. Yazıda Mərkəzi Elmi Kitabxananın tarixi inkişaf yolu, müasir dövrdə elmi ictimaiyyətin informasiya tələbatını ödəməsi, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək perspektivlər əhatəli şəkildə işıqlandırılıb.