Təhsil 365 - Logo Mobile

Müslüm Maqomayev – Dünya şöhrətli Azərbaycan səsi və musiqi dahisi

5417.08.2025 - 07:47
Müslüm Maqomayev – Dünya şöhrətli Azərbaycan səsi və musiqi dahisi

Avqustun 17-si Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum günüdür. Xalqımızın iftixarı olan Müslüm Maqomayevi tez-tez qədim yunan mifologiyasının qəhrəmanı Orfeylə müqayisə edirlər.“Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Müslüm Maqomayevə məxsus bənzərsiz sənət dünyasını təqdim edir:

1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının – görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilmişdi. Balaca Müslüm babasını görməsə də, onun həyatı ilə maraqlanmış və qərara gəlmişdi ki, babasının yolunu davam etdirsin. Maraqlıdır ki, babasının 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını çox illər sonra onun nəvəsi – Müslüm Maqomayev ifa edəcəkdi.

Uşaqlığı dənizə, gəmilərə və fantastik əsərlərə maraqla keçmişdi. Rəsmlər çəkir, Jül Vernin “Nautilus”una oxşar gəmi düzəldir, Uolt Disney filmlərini toplayırdı. Amma digər uşaqlardan fərqli olaraq, oyuncaqlarını söküb içində nə olduğunu öyrənir, əlindəki karandaşla “dirijorluq” edirdi. Bu maraq hətta babasının skripkasının sınması ilə nəticələnmişdi.

Müslüm beş yaşında babasının royalı ilə dostlaşaraq ilk melodiyasını bəstələmiş və onu ömrü boyu yadında saxlamışdır. Səkkiz yaşında nadir səsi ilə müəllimlərini heyran etmişdi. 14 yaşında dənizçilər klubunda ilk çıxışını etmiş, 1962-ci ildə Helsinkidə keçirilən VIII Ümumdünya festivalından medalla qayıtmışdır. O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, Milanın məşhur “La Skala” teatrında təcrübə keçmiş və Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaro, “Toska”dan isə Skarpia partiyalarını ifa etmişdir.

Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar yazmış, amma repertuarında Azərbaycan musiqisi, Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və digər əsərlər xüsusi yer tutmuşdur. O deyirdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm”.

Müslüm Maqomayevə 31 yaşında SSRİ Xalq Artisti fəxri adı verilib. O, müstəqil Azərbaycan Respublikasının yüksək mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Onun repertuarına ümumilikdə 600-dək əsər daxildir. Bəstəkarlıq sahəsində də uğurlar qazanan Müslüm Maqomayevin yaradıcılığında Xalq Şairi Nəbi Xəzrinin sözlərinə yazdığı “Azərbaycan” mahnısı xüsusi yer tutur və bu gün də sevilərək dinlənilir.

Müğənni haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film çəkilmişdir. 1997-ci ildə Günəş sistemi planetlərindən birinə onun adı verilmişdir. O, iti müşahidəsi və gözəl qələmi ilə də seçilmişdir; Mario Lansa haqqında kitab yazmış və “Mənim məhəbbətim melodiya” kitabında əsl dahi və vətənpərvər insan obrazını yaratmışdır.

Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Ölümündən əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanır.


Fidan Fətullayeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56