Azərbaycanın ilk tarixçilərindən hesab olunan Abbasqulu ağa Bakıxanov 1794-cü ilin iyun ayında anadan olmuşdur. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Abbasqulu ağa Bakıxanova məxsus bənzərsiz elmi və ədəbi irsi təqdim edir:
Atası Bakı xanı olan II Mirzə Məhəmməd xanın oğludur. Bakının Əmircan qəsəbəsində anadan olmuş Abbasqulu ağa gənc yaşlarından Qubada yaşamış və burada çox yaxşı təhsil almışdır.
XX əsrin maarifçilərindən olan Bakıxanov, “Gülüstani-İrəm” əsəri ilə Azərbaycanda tarixşünaslıq elminin banisi hesab olunur. O, Azərbaycan, ərəb və fars dillərində şeirlər yazmışdır. Qubada ilk dəfə olaraq “Gülüstan” adlı elmi-ədəbi məclisin təşkilatçılarından olmuşdur. Daha sonralar rus dilini də mükəmməl öyrənərək Çar Rusiyasının dəftərxanasında tərcüməçi vəzifəsində çalışmışdır.
Abbasqulu ağa Bakıxanov Azərbaycan ərazisində və eləcə də Dağıstanda yaşamış feodal dövlətlər və xanlıqlar haqqında araşdırmalar aparmışdır. O, monqol və türk tayfalarının 1813-cü ilə qədər olan tarixini dəqiq tədqiq edərək “Gülüstani-İrəm” əsərində qeyd etmişdir. Bu əsər sonralar bütün Rusiya imperiyası və Avropada elmi cəmiyyətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Abbasqulu ağa Bakıxanovun əsərlərinin çoxu maarifçi xarakter daşıyır və oxuculara tarix, ədəbiyyat və mədəniyyət barədə geniş məlumat verir.
A. Bakıxanovun “Firəng məclisi” poemasında həyatda təcrübəsi az olan gənc bir zadəganın sərgüzəştləri təsvir edilir. Sərbəst həyat tərzi sürən, mənasız günlər keçirən, amma evli bir xanıma aşiq olan gəncin uğursuz məhəbbət macərası romantik üslubda əks etdirilmişdir.
Abbasqulu ağa Bakıxanov həmçinin Rusiyanın, Türkiyənin və bir çox digər ölkələrin ordenləri ilə mükafatlandırılmışdır. O, 1847-ci ildə Məkkə yaxınlığında dünyasını dəyişmişdir. Doğulduğu Əmircan qəsəbəsində onun şərəfinə büst qoyulmuşdur.