Avqustun 17-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən liseylərə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Gədəbəy rayonu üzrə 26, Tovuz rayonu üzrə isə 32 şagirdin qatıldığı imtahanda iştirakçılara Ana dili və riyaziyyat fənləri üzrə ümumilikdə 30 sual təqdim edilib. Şagirdlərin sualları cavablandırması üçün 75 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, qəbul prosesi 5–9-cu sinif şagirdləri arasında aparılır. Şagirdlər müvafiq keçid balını topladıqları halda lisey seçimi etmək imkanı qazanacaqlar.