Avqustun 16-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində açıq idman tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, Yardımlı İdman Kompleksində təşkil edilən idman tədbirində futbol, voleybol, güllə atıcılığı, gimnastika və digər idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
İdman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.