Avqustun 17-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin lisey siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı təşkil olunub.
“Tehsil365” xəbər verir, imtahanlar Şirvan şəhəri Mübariz İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə, Salyan şəhər Aşıq Pənah adına humanitar fənlər təmayüllü 1 nömrəli məktəb-liseydə, həmçinin Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə keçirilib.
Şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə təqdim olunan sualları cavablandırıblar. Lisey siniflərinə qəbul imtahanında ümumilikdə 276 nəfər şagird iştirak edib.