Avqustun 16-da Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi İntiqam Əsgərlinin doğum gününə həsr olunmuş “Qəhrəmanlıqla yazılmış ömür” adlı anım tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova şəhid İntiqam Əsgərlinin həyat və döyüş yolundan danışaraq onun cəsarət və vətənpərvərliyinin gələcək nəsillərə örnək olduğunu vurğulayıb.
Daha sonra kitabxananın əməkdaşı Aidə Quliyeva məruzə ilə çıxış edərək, Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edib. O, İntiqam Əsgərlinin şanlı tariximizdə xüsusi yer tutduğunu qeyd edərək, bu gün Azərbaycan torpaqlarının məhz igid oğullarımızın fədakarlığı nəticəsində azad edildiyini bildirib.