Avqustun 16-da Cəlilabad rayonunda yerləşən Şabanlı kənd Mədəniyyət evinin təşkilatçılığı ilə “18 avqust – Sərhəd Qoşunları Günü” münasibətilə “Şəhidlər xiyabanı” ziyarət edilib.
“Tehsil365” xəbər verir ki, mədəniyyət evinin kollektivi və dərnək üzvləri qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar.
Tədbirin məqsədi Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən igid övladların xatirəsini əbədiləşdirmək və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.