Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Təlim Mərkəzində STEAM Azərbaycan təşkilatçılığı ilə “Azerbaijan Boat Challenge 2025” respublika turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, yarışda liseyimizin “Dragons” komandası suüstü kateqoriyası üzrə yüksək peşəkarlıq nümayiş etdirərək II yerə layiq görülüb. Komandamızın bu uğuru gənc mühəndislərimizin yaradıcılıq potensialının və innovativ düşüncə tərzinin bariz nümunəsidir.
Qalib komandamızı ürəkdən təbrik edir, gələcək nailiyyətlərində daha böyük uğurlar arzulayırıq.