Şamaxı Avropa Liseyində V-IX siniflərə şagird qəbulu üçün imtahan keçirilib. Qəbul imtahanında digər ümumtəhsil müəssisələrində təhsil alan 31 nəfər şagird iştirak edib.
“Tehsil365” xəbər verir ki, imtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri üzrə hərəsi 15 olmaqla ümumilikdə 30 sual təqdim olunub.
Uğur qazanan şagirdlər liseydə təhsil almaq hüququ əldə edəcəklər. İmtahan verən bütün şagirdlərə gələcək təhsil həyatında uğurlar arzulayırıq.