Bakı Dövlət Universitetinin (BDU) tələbələri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 08–14 sentyabr tarixlərində Xaçmaz rayonunda yerləşən “Təhsil” istirahət mərkəzində keçiriləcək “Payız Düşərgəsi 2025”-də iştirak edə biləcəklər.
“Tehsil365” xəbər verir ki, düşərgəyə qeydiyyat üçün son tarix 20 avqust 2025-ci il, saat 12:00 olaraq müəyyən edilib.
Qeyd olunur ki, düşərgədə yalnız müsahibə mərhələsindən uğurla keçən tələbələr iştirak hüququ qazanacaqlar.