Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün 4 növ məktəbli geyim forması təsdiqlənib.
“Tehsil365” xəbər verir ki, Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin Pedaqoji Şurasının qərarına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən şagirdlər üçün 3 nömrəli geyim forması tətbiq edilir.
Məktəbdə geyim qaydalarının tətbiqi şagirdlər arasında nizam-intizamın möhkəmləndirilməsi, vahidlik prinsipinin qorunması və təhsil prosesinin daha səmərəli təşkili məqsədi daşıyır.
Bu qərar həm valideynlər, həm də şagirdlər tərəfindən müsbət qarşılanıb.