“2022–2028 Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ilində bir qrup azərbaycanlı gənc dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Kembric Universitetində magistratura təhsili alacaq.
“Tehsil365” xəbər verir ki, müvafiq beynəlxalq reytinq sistemlərində “universitetlər üzrə top 10” sırasında yer alan Kembricdə təhsil almaq hüququ qazanan tələbələr müxtəlif ixtisaslar üzrə qəbul olunublar.
Proqramın qalibləri sırasında Hüseynov Samin (Hüquq), Alməmmədov Murad (Siyasət və Beynəlxalq tədqiqatlar), Seyfullalı Cavid (Biznesin idarə edilməsi), Mirzəməmmədova Gülzada (Hüquq), İsmayılov Camal İsmayıl (Biznesin idarə edilməsi) və Cəfərova Fidan (Biznesin idarə edilməsi) yer alıblar.
Qeyd edək ki, “Dövlət Proqramı” gənclərin dünyanın aparıcı universitetlərində təhsil almasına dəstək göstərməklə, onların bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.