Bakı Ali Neft Məktəbinin (BANM) 34 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərinə qəbul olunub.
“Tehsil365” xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımov bu münasibətlə məzunları təbrik edib, onların uğurlarını illərlə göstərilən zəhmətin, əzmkarlığın, bilik və elm sevgisinin, həmçinin məktəbdə formalaşmış güclü akademik mühitin nəticəsi kimi qiymətləndirib.
“Əminəm ki, qazandığınız bilik və bacarıqlar gələcəkdə ölkəmizin inkişafına yönələcək, Azərbaycanı qlobal elmi və texnoloji arenada layiqincə təmsil edəcəksiniz,” – deyə rektor bildirib.
Elmar Qasımov məzunlara möhkəm can sağlığı, uğurlu yol və daim yüksələn inkişaf arzulayıb.