Bakı Ali Neft Məktəbinin (BANM) 2025-ci il məzunu Zəka Əliyev “Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. O, Böyük Britaniyanın Mançester Universitetində “Advanced Control and Systems Engineering” ixtisası üzrə magistratura təhsili alacaq.
“Tehsil365” xəbər verir ki, Zəka Əliyev 2020-ci ildə müsabiqədənkənar BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub. Həmin ildə RFO üzrə riyaziyyat fənnindən gümüş medal da qazanıb.
Nailiyyətləri:
IELTS imtahanından 7.5 bal toplayıb.
“TEKNOFEST 2023”də “Zəngəzur” komandasının kapitanı olub və finalda iştirak edib.
“Minahack” hakatonunda IV yer tutub.
Zəka Əliyev qazandığı uğurlarla Azərbaycanın gənc mühəndis kadrları arasında seçilir və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək.