Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Aytac Əliyeva Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin (#AiM) təşkilatçılığı ilə keçirilən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsində iştirak edib.
“Tehsil365” xəbər verir ki, 15 fərqli universitetdən olan tələbələrin qatıldığı bootcamp çərçivəsində Aytac Əliyeva süni intellektin tətbiqi ilə yerində tanış olub, “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu”na səfər edib, həmçinin “Aqrar Biznes Festivalı” və “Şaftalı Festivalı”na qatılıb.