UNEC Enactus komandası 2025-ci il Enactus Milli Yarışının final mərhələsində iştirak edib.
“Tehsil365” xəbər verir ki, bu nailiyyət, bir illik gərgin zəhmətin, həyata keçirilən innovativ layihələrin və tələbələrin yüksək komanda ruhu ilə göstərdikləri fədakar əməyin nəticəsidir. Final mərhələsində nümayiş olunan fəaliyyətlər tələbələrimizin sosial sahibkarlıq sahəsində qazandıqları bilik və bacarıqları, eləcə də cəmiyyətə fayda vermək istiqamətində göstərdikləri səyləri əks etdirmişdir.
UNEC Enactus komandası gələcək dövrlərdə də universitetimizin adını uğurla təmsil edərək, dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edəcək.