Təhsil 365 - Logo Mobile

İsmayıl Şıxlı – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi

5518.08.2025 - 07:18
İsmayıl Şıxlı – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi

Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi, sonra isə Qazax Pedaqoji Məktəbini bitirmişdir. Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsində ali təhsil almışdır. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara İsmayıl Şıxlının məxsus bənzərsiz sənət dünyasını təqdim edir:

Əmək fəaliyyətinə Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri kimi başlamışdır. İkinci Dünya müharibəsi dövründə sovet ordusu sıralarında ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya və Şərqi Prussiya istiqamətlərində) sıravi əsgər kimi döyüşmüşdür. Tərxis olunduqdan sonra yenidən müəllimlik fəaliyyətini davam etdirmişdir.

1946–1949-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant olmuş, sonralar müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır. O, həm də Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968), “Azərbaycan” jurnalının baş redaktoru (1976–1978), Yazıçılar İttifaqının birinci katibi (1981–1987) və SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə isə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir.

İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlmişdir. Onun ilk mətbu əsəri – “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc edilmişdir. Lakin şairlik sahəsində davam etməyərək nəsrə yönəlmişdir. Bu barədə özü deyirdi: “Bircə şeir çap elətdirəndən sonra şeirin mənim yemim olmadığını başa düşdüm.”

O, Mehdi Hüseynin “yalnız gördüklərini və bildiklərini yaz” tövsiyəsinə əməl edərək nəsrdə uğurlu əsərlər yaratdı. “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri ilə nəsrə yol açdı. Ardınca “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları ilə Azərbaycan ədəbiyyatında öz dəsti-xəttini yaratdı.

“Ayrılan yollar” romanı Azərbaycan nəsrində yeni bir mərhələ açdı. Şıxlı özü bu əsəri barədə deyirdi: “‘Ayrılan yollar’ şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan uzaq ilk Azərbaycan romanı idi.” Romanın uğuru yazıçını “Dəli Kür” kimi möhtəşəm əsərə gətirdi. Cahandar ağa obrazı Azərbaycan ədəbiyyatının ən parlaq surətlərindən biri oldu.

Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Əsas əsərləri bunlardır:“Yetər Aslanova” (1949),“Kerç sularında” (1950),“Dağlar səslənir” (1951),“Daşkəsən” (1953),“Ayrılan yollar” (1957),“Dəli Kür” (1983),“Məni itirməyin” (1984),“Cəbhə yolları” (1985),“Seçilmiş əsərləri” (1986),“Daim axtarışda” (1988),“Namərd gülləsi” (1991),“Ölüləri qəbiristanda basdırın” (1992),“Ölən dünyam” (1995)

Tərcümə etdiyi əsərlər arasında Mopassanın hekayələri, Əziz Nesinin “Futbol kralı” romanı və XIX əsr xarici ədəbiyyat tarixi ilə bağlı elmi əsərlər də vardır.

Ədəbiyyat və ictimai fəaliyyətinə görə o, “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı Əmək Bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri, medallar, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.

İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Onun əsərləri əsasında “Dəli Kür” (1969), “Ayrılan yollar” (1997) kimi filmlər çəkilmişdir.

Fidan Fətullayeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56