Təhsil 365 - Logo Mobile

Mirzə Fətəli Axundzadə və onun bənzərsiz sənət dünyası

5318.08.2025 - 08:11
Mirzə Fətəli Axundzadə və onun bənzərsiz sənət dünyası

Mirzə Fətəli Axundzadə yazıçı-dramaturq, filosof, ictimai xadim və Azərbaycan dramaturgiyasının banisidir. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara zəngin və dərin məzmunlu bədii irsə, həmçinin Mirzə Fətəli Axundzadəyə məxsus bənzərsiz sənət dünyasına baxış imkanı təqdim edir.

Mirzə Fətəli Axundzadə 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. O, 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.

Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərmişdir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə – polkovnik rütbəsi verilmişdir.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunmuşdur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.

M.F. Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmiş və ondan 13 övladı olmuşdur. Lakin uşaqlarından yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları erkən yaşlarında dünyasını dəyişmişdir.

O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F. Axundzadənin dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır və fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan əsəri isə 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.

M.F. Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.

O, yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F. Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

Fidan Fətullayeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56