Avqustun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 55 930 vətəndaş müraciəti daxil olub.
Bu haqda Elm və Təhsil Nazirliyindən “Tehsil365”ə xəbər verilib ki, müraciətlərin 35 684-ü çağrı mərkəzləri, 7160-ı sosial media vasitəsilə, 2396-sı elektron, 1138-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9552 müraciət qeydə alınıb.
Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, peşə təhsili müəssisələrinə qəbul, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.