Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində daha üç gənc dünyanın nüfuzlu ali məktəblərindən biri olan Stanford Universitetində təhsil almaq imkanı qazanıb.
“Tehsil365” xəbər verir ki, seçilən tələbələrdən İbrahim Allahverdiyev ABŞ-da bakalavriat səviyyəsində mühəndislik fizikası ixtisası üzrə, Sadiq Səmədov isə aeronavtika və astronautika mühəndisliyi ixtisası üzrə təhsil alacaq. Ayten Sədirova isə magistratura səviyyəsində elektrik mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək.
Beləliklə, Dövlət Proqramı çərçivəsində Stanford Universitetinə qəbul olunan yeni azərbaycanlı tələbələr beynəlxalq təhsil arenasında ölkəmizi təmsil edəcəklər.