Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

5418.08.2025 - 17:10
Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

18 avqust 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) və Beynəlxalq Qlobal Naviqasiya Peyk Sistemləri Komitəsinin (ICG) təşkilatçılığı ilə “Systems, Signals and Services” üzrə İşçi Qrupun (Working Group S) ekspertlər iclası öz işinə başlayır.

“Tehsil365” xəbər verir ki, beş gün davam edəcək tədbir çərçivəsində dünyanın aparıcı kosmik agentlikləri, dövlət qurumları, elmi mərkəzləri və nüfuzlu beynəlxalq təşkilatların ekspertləri BDU-da toplaşaraq qlobal naviqasiya peyk sistemlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Tədbirin məqsədi peyk naviqasiyası üzrə mövcud çağırışların, yeni texnoloji imkanların və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi, həmçinin qlobal miqyasda interferensiyanın azaldılması, siqnalların uyğunlaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, zaman və dəqiqlik standartlarının inteqrasiyası, LEO-PNT texnologiyaları və Ay missiyaları üçün spektr uyğunluğu kimi məsələlər üzrə ekspertlər səviyyəsində təcrübə mübadiləsidir.

İclasda ABŞ, Çin, Yaponiya, Koreya Respublikası, Xorvatiya, Yeni Zelandiya və digər ölkələrin ekspertləri, o cümlədən UNOOSA-nın əməkdaşları iştirak edirlər. Müzakirələrdə həmçinin BDU və Avropadan bir sıra qurumların təmsilçiləri də yer alacaq.

İşçi Qrupun iclasının gündəliyində müxtəlif mövzular üzrə paralel sessiyalar nəzərdə tutulub. İlk gün “Beynəlxalq GNSS Monitorinqi və Qiymətləndirilməsi” (IGMA) və “Zaman üzrə standartlar” mövzularında sessiyalar keçiriləcək. Sonrakı günlərdə “İnterferensiyanın aşkarlanması və aradan qaldırılması”, “Uyğunluq və spektrin qorunması”, “Mülki siqnalların autentifikasiyası”, “Orbital tullantıların azaldılması”, “LEO-PNT texnologiyaları” və digər mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

Tədbir çərçivəsində həmçinin GNSS sistem təminatçıları tərəfindən yeniliklərin təqdimatı, müxtəlif ölkələrin təcrübələrinin paylaşılması və yeni tövsiyələrin qəbul olunması nəzərdə tutulur. Sessiyaların yekununda İşçi Qrup tərəfindən yeni qərar və tövsiyələr hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim ediləcək.

BDU-da belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsi Azərbaycan elm və təhsil mühitinin beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirir.

Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Rəqəmsal qeyd aparmaq öyrənməni sürətləndirir20.08.2025 - 19:00
Tələbələr üçün vaxt idarəsi bacarıqları təhsildə uğuru artırır20.08.2025 - 18:56
Yeni startap gənclərin təhsilinə dəstək verir20.08.2025 - 18:48
Gənclər üçün könüllülük layihələri artırılır20.08.2025 - 18:35
Səhər yeməyinin əhəmiyyəti20.08.2025 - 18:28
İdmanın stressə təsiri20.08.2025 - 18:15
Sağlam qidalanma imtahan nəticələrinə təsir edir20.08.2025 - 18:08
Dil öyrənmək beyni cavan saxlayır20.08.2025 - 18:00
Şəkidə yəhudi əsilli Azərbaycan şairi Simax Şeydanın xatirə gecəsi keçirilib20.08.2025 - 17:59
Fərid Qayıbov Albaniya idman rəsmiləri ilə görüşüb20.08.2025 - 17:54
İdman edən tələbələr daha yaxşı yatır20.08.2025 - 17:48
Kitab oxumaq stressi azaldır20.08.2025 - 17:35
Jurnal yazmaq stressi azaldır20.08.2025 - 17:28
Vitaminlər yaddaşa təsir edir20.08.2025 - 17:15
Pitçinq mərhələsinə keçən film layihələrinin prodüserləri ilə görüş20.08.2025 - 17:10
Rənglərin psixoloji təsiri20.08.2025 - 17:08
Maestro Niyazinin xatirəsi anılıb20.08.2025 - 17:00
Fasilələrlə oxuma daha effektivdir20.08.2025 - 16:55
Qazaxda gənclər arasında sorğu keçirilib20.08.2025 - 16:55
Yuxu zamanı öyrənilənlər möhkəmlənir20.08.2025 - 16:50
Şəmkirdə məktəblilər arasında üzgüçülük turniri keçirilib20.08.2025 - 16:45
Su içmək konsentrasiyanı artırır20.08.2025 - 16:40
Kosmos elmləri və aerokosmik mühəndislik üzrə xaricdə təhsil imkanları20.08.2025 - 16:35
Açıq havada gəzmək yaddaşı gücləndirir20.08.2025 - 16:33
Peşə təhsilində isitmə-soyutma sistemləri üzrə ödənişsiz təlimlər20.08.2025 - 16:30
Musiqi dinləmək beyni stimullaşdırır20.08.2025 - 16:17
Naxçıvan Dövlət Universitetinin startap komandaları “İnnostart” layihəsinin qalibləri olub20.08.2025 - 16:15
Qəhvə istifadəsi ilə diqqət artımı20.08.2025 - 16:05
Mədəniyyət və incəsənət ixtisaslarının Avropa və Amerika universitetlərində tədrisi20.08.2025 - 16:00
Yunanıstanda müəllim çatışmazlığı və hökumətin qeyri-adi həll təklifi20.08.2025 - 15:54
Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişatı20.08.2025 - 15:49
Jurnalistika və media ixtisası üzrə xarici universitetlərdə təhsil imkanları20.08.2025 - 15:45
Yunanıstan orta məktəblərində müəllim çatışmazlığı problemi20.08.2025 - 15:39
Hüquq ixtisası ilə xaricdə təhsil: yerli və beynəlxalq hüquq fərqləri20.08.2025 - 15:30
Kırımda 1 Sentyabr “Bilgi Günü” mərasimləri qapalı məkanlarda keçiriləcək20.08.2025 - 15:24
Biznes və idarəetmə üzrə magistr proqramları: MBA-nın beynəlxalq rolu20.08.2025 - 15:15
Sankt-Peterburq Dövlət Universitetinə müraciətlər 50% artdı20.08.2025 - 15:09
Xaricdə mühəndislik ixtisaslarının üstünlükləri və iş bazarı20.08.2025 - 15:00
Qəbələ Dövlət Peşə təhsil mərkəzində “Açıq qapı” günü keçiriləcək20.08.2025 - 14:55
Rusiyada məktəblərdə xarici şagirdlərin sayı kəskin azaldı20.08.2025 - 14:49
Mingəçevir Dövlət Universiteti “Innostart Grand Final – Demo Day” tədbirində iştirak edib20.08.2025 - 14:40
Rusiyada məktəb ləvazimatlarının qiyməti artdı – “məktəb səbəti” 17,5 min rubla başa gəlir20.08.2025 - 14:33
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə vakansiya elan olunub20.08.2025 - 14:25
14 yaşlı şagirdin yaratdığı ekosistem kosmosa göndəriləcək20.08.2025 - 14:17
Logistika operatoru ixtisası üzrə ödənişsiz təlimə start verilib20.08.2025 - 14:10
160 illik özəl məktəb bağlanır: Valideynlər və müəllimlər şokda20.08.2025 - 14:03
Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib?20.08.2025 - 13:54
Britaniyada məktəb mövsümü: Valideynlərə qənaət və dəstək yolları20.08.2025 - 13:48