Təhsil 365 - Logo Mobile

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır

7718.08.2025 - 18:30
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə yarımillik hesabatı müzakirə olunub.

“Tehsil365” xəbər verir ki, iclasda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək 6 ay ərzində rəhbərlik etdiyi struktur bölmədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib: “Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda kibersuverenlik sahəsində beynəlxalq təcrübə analiz olunmuş, eləcə də dövlətin kibersuverenliyi problemləri, konseptual yanaşmalar və perspektivlərinə dair tədqiqatlar aparılmışdır”.

Dos. F.Yusifov “Rəqəmsal dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda vətəndaşyönümlü yanaşma əsasında rəqəmsal dövlətin konseptual modelinin işlənməsi, eləcə də Qrant layihəsi çərçivəsində Sənaye 4.0 platformasında neft və qaz sektorunun inkişaf modellərinin analizi istiqamətində tədqiqatların aparıldığını, məqalələrin hazırlandığını qeyd edib.

“Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusunda 6 ay ərzində aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri, süni intellektin inkişafına dair qlobal tendensiyaların araşdırılması, qabaqcıl ölkələrin süni intellekt strategiyalarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.

Dos. F.Yusifov bildirib ki, şöbədə e-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti ilə bağlı məsələlər də diqqət mərkəzində olmuş, e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsinə dair məqalə işlənilmişdir. “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda milli mental dəyərlər və stereotip düşüncənin fərdi tibbi məlumatların qorunmasına təsirinin analizi, folklordan qaynaqlanan kollektiv biliklə süni intellekt modellərinin müqayisəli analizi məsələlərinə baxılmışdır.

Şöbə müdiri yarım il ərzində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması kimi aktual istiqamətlərdə aparılan tədqiqatların nəticələri haqqında da məlumat verib.

Həmçinin e-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi mövzusunda araşdırlmaların aparılığını söyləyib.

Sonra məruzəçi Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda nəşr olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər haqqında məlumat verib.

Həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən bəhs edib, şöbənin elmmetrik göstəricilərini nəzərə çatdırıb.

Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatına münasibətini bildirib. Alim institutda dövlətin kibersuverenliyinin təmin olunması, eləcə də rəqəmsal dövlət problemlərinə dair tədqiqatların dərinləşdirilməsinin müasir dövrün tələbi olduğunu deyib. Gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi, aktual elmi problemlərə həsr olunmuş məqalələrin işlənilməsi və mütəmadi olaraq şöbəlrəarası seminarların keçirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə yarımillik hesabatı qənaətbəxş hesab olunub.

Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Rəqəmsal qeyd aparmaq öyrənməni sürətləndirir20.08.2025 - 19:00
Tələbələr üçün vaxt idarəsi bacarıqları təhsildə uğuru artırır20.08.2025 - 18:56
Yeni startap gənclərin təhsilinə dəstək verir20.08.2025 - 18:48
Gənclər üçün könüllülük layihələri artırılır20.08.2025 - 18:35
Səhər yeməyinin əhəmiyyəti20.08.2025 - 18:28
İdmanın stressə təsiri20.08.2025 - 18:15
Sağlam qidalanma imtahan nəticələrinə təsir edir20.08.2025 - 18:08
Dil öyrənmək beyni cavan saxlayır20.08.2025 - 18:00
Şəkidə yəhudi əsilli Azərbaycan şairi Simax Şeydanın xatirə gecəsi keçirilib20.08.2025 - 17:59
Fərid Qayıbov Albaniya idman rəsmiləri ilə görüşüb20.08.2025 - 17:54
İdman edən tələbələr daha yaxşı yatır20.08.2025 - 17:48
Kitab oxumaq stressi azaldır20.08.2025 - 17:35
Jurnal yazmaq stressi azaldır20.08.2025 - 17:28
Vitaminlər yaddaşa təsir edir20.08.2025 - 17:15
Pitçinq mərhələsinə keçən film layihələrinin prodüserləri ilə görüş20.08.2025 - 17:10
Rənglərin psixoloji təsiri20.08.2025 - 17:08
Maestro Niyazinin xatirəsi anılıb20.08.2025 - 17:00
Fasilələrlə oxuma daha effektivdir20.08.2025 - 16:55
Qazaxda gənclər arasında sorğu keçirilib20.08.2025 - 16:55
Yuxu zamanı öyrənilənlər möhkəmlənir20.08.2025 - 16:50
Şəmkirdə məktəblilər arasında üzgüçülük turniri keçirilib20.08.2025 - 16:45
Su içmək konsentrasiyanı artırır20.08.2025 - 16:40
Kosmos elmləri və aerokosmik mühəndislik üzrə xaricdə təhsil imkanları20.08.2025 - 16:35
Açıq havada gəzmək yaddaşı gücləndirir20.08.2025 - 16:33
Peşə təhsilində isitmə-soyutma sistemləri üzrə ödənişsiz təlimlər20.08.2025 - 16:30
Musiqi dinləmək beyni stimullaşdırır20.08.2025 - 16:17
Naxçıvan Dövlət Universitetinin startap komandaları “İnnostart” layihəsinin qalibləri olub20.08.2025 - 16:15
Qəhvə istifadəsi ilə diqqət artımı20.08.2025 - 16:05
Mədəniyyət və incəsənət ixtisaslarının Avropa və Amerika universitetlərində tədrisi20.08.2025 - 16:00
Yunanıstanda müəllim çatışmazlığı və hökumətin qeyri-adi həll təklifi20.08.2025 - 15:54
Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişatı20.08.2025 - 15:49
Jurnalistika və media ixtisası üzrə xarici universitetlərdə təhsil imkanları20.08.2025 - 15:45
Yunanıstan orta məktəblərində müəllim çatışmazlığı problemi20.08.2025 - 15:39
Hüquq ixtisası ilə xaricdə təhsil: yerli və beynəlxalq hüquq fərqləri20.08.2025 - 15:30
Kırımda 1 Sentyabr “Bilgi Günü” mərasimləri qapalı məkanlarda keçiriləcək20.08.2025 - 15:24
Biznes və idarəetmə üzrə magistr proqramları: MBA-nın beynəlxalq rolu20.08.2025 - 15:15
Sankt-Peterburq Dövlət Universitetinə müraciətlər 50% artdı20.08.2025 - 15:09
Xaricdə mühəndislik ixtisaslarının üstünlükləri və iş bazarı20.08.2025 - 15:00
Qəbələ Dövlət Peşə təhsil mərkəzində “Açıq qapı” günü keçiriləcək20.08.2025 - 14:55
Rusiyada məktəblərdə xarici şagirdlərin sayı kəskin azaldı20.08.2025 - 14:49
Mingəçevir Dövlət Universiteti “Innostart Grand Final – Demo Day” tədbirində iştirak edib20.08.2025 - 14:40
Rusiyada məktəb ləvazimatlarının qiyməti artdı – “məktəb səbəti” 17,5 min rubla başa gəlir20.08.2025 - 14:33
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə vakansiya elan olunub20.08.2025 - 14:25
14 yaşlı şagirdin yaratdığı ekosistem kosmosa göndəriləcək20.08.2025 - 14:17
Logistika operatoru ixtisası üzrə ödənişsiz təlimə start verilib20.08.2025 - 14:10
160 illik özəl məktəb bağlanır: Valideynlər və müəllimlər şokda20.08.2025 - 14:03
Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib?20.08.2025 - 13:54
Britaniyada məktəb mövsümü: Valideynlərə qənaət və dəstək yolları20.08.2025 - 13:48