Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elmmetrik həllərin tətbiqi ilə bağlı “Elsevier” şirkətinin nümayəndəsi ilə görüş təşkil edib. Görüşdə elmi fəaliyyətlə məşğul olan müəssisələrdə elmmetrik alətlərin tətbiqi, data əsasında qərarvermə vərdişlərinin təkmilləşdirilməsi və əməkdaşların analitik bacarıqlarının optimallaşdırılması məsələləri müzakirə olunub.
“Tehsil365” xəbər verir ki, agentliyin direktoru Ülkər Səttarova bildirib ki, universitetlərimizin qlobal reytinq göstəricilərinin yüksəldilməsində bu cür təşəbbüslər mühüm rol oynayacaq. “Elsevier” şirkətinin region üzrə meneceri Yasemin Solay isə çıxışında elmmetrik və analitik həllər barədə ətraflı məlumat təqdim edib.
Görüş zamanı həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin mövcud akademik vəziyyəti, inkişaf potensialı, eləcə də qısa və uzunmüddətli akademik hədəfləri ətrafında fikir mübadiləsi aparılıb.