“2022–2028 Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ilində Azərbaycanın bir qrup gənci dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan, beynəlxalq reytinq sistemlərində “top 10” universitet sırasına daxil olan Oksford Universitetində təhsil alacaq.
“Tehsil365” xəbər verir ki, magistratura səviyyəsində təhsil alacaq proqram iştirakçıları arasında Hüseynli Mirqəni (Biznesin idarə edilməsi), Piriyov Hüseyn (Biznesin idarə edilməsi), Musayev Riad (Hüquq) və Əliyeva Behicə (Dəlillərə əsaslanan sosial müdaxilə və siyasət qiymətləndirilməsi) yer alıb.
Qeyd edək ki, ümumilikdə “2022–2028 Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ilində Oksford Universitetinə 4 nəfər magistratura, 3 nəfər isə doktorantura səviyyəsində qəbul olunub. Beləliklə, ümumilikdə 7 nəfər proqram iştirakçısı bu nüfuzlu universitetdə təhsilini davam etdirəcək.