18 avqust 2025-ci il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirildi.
“Tehsil365” xəbər verir ki, namizədlərə təqdim edilən test tapşırıqları təhsil qanunvericiliyi və idarəetmə, pedaqogika və tədris metodikası, eləcə də informasiya-kommunikasiya texnologiyaları istiqamətlərini əhatə edib.
Qeyd edək ki, imtahana yalnız 2024-cü ilin noyabr–2025-ci ilin mart aylarında SİM platformasında keçirilmiş təlimlərdə iştirak edərək müvafiq sertifikat əldə etmiş namizədlər cəlb olunublar.