Təhsil 365 - Logo Mobile

Dövlət Komitəsindən valideynlərə xəbərdarlıq: "Uşaqlar sosial şəbəkələrdə qorunmur"

15318.08.2025 - 18:34
Dövlət Komitəsindən valideynlərə xəbərdarlıq: "Uşaqlar sosial şəbəkələrdə qorunmur"

Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurmuşdur.

Xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Tehsil365”ə bildirib ki, bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır.

Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.

Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır.

Qeyd etmək istərdik ki:

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir.

1992-ci ildən Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır.

Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır.

Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edir:

Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın;

Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin;

Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin;

Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun;

Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın.

Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.

Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!


Rəşanə İsamqızı

Xəbər Lenti

Amerika kəşfi və kolonializmin başlanğıcı22.08.2025 - 18:25
AzTU rektoru Albaniyanın Tirana Politexnik Universitetində səfərdə olub22.08.2025 - 18:25
Süni fotosintez texnologiyası yaradıldı22.08.2025 - 18:22
Fransız inqilabı: azadlıq, bərabərlik və qardaşlıq ideyalarının doğuluşu22.08.2025 - 18:21
İpək Yolu və Şərq-Qərb mədəniyyət mübadiləsi22.08.2025 - 18:17
Elektron dərman kapsulları istehsal olunur22.08.2025 - 18:15
Qədim Yunan fəlsəfəsi və demokratiyanın beşiyi22.08.2025 - 18:13
ADNSU nümayəndə heyəti ilə görüş keçirilib22.08.2025 - 18:10
İnsan ömrünü uzadan kəşf22.08.2025 - 18:09
Maya və İnka mədəniyyətlərinin sirrləri22.08.2025 - 18:07
Dərin okeanlarda yeni canlı növü tapıldı22.08.2025 - 18:00
ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub22.08.2025 - 17:55
Qida mühəndisliyi və aqrar sahədə beynəlxalq proqramlar22.08.2025 - 17:54
Beyin-kompüter interfeysi inkişaf edir22.08.2025 - 17:53
Kosmosda oksigen istehsalı üçün yeni üsul tapıldı22.08.2025 - 17:48
IV kursu Koreyada oxuyacaq BMU-İNHA İDP-nin 114 tələbəsi İnçon şəhərindədir22.08.2025 - 17:45
Dənizkənarı ölkələrdə okeanoqrafiya və ətraf mühit elmləri üzrə təhsil22.08.2025 - 17:38
1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq22.08.2025 - 17:33
Yeni kəşf: Qara dəliklərin içində nə baş verir?22.08.2025 - 17:32
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb22.08.2025 - 17:30
U-20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş millimiz vətənə döndü22.08.2025 - 17:27
Ayxan Cavadov dünya çempionu oldu22.08.2025 - 17:23
Robotlar artıq duyğuları oxuya bilir22.08.2025 - 17:20
Lənkəran-Astara bölgəsində məktəbəqədər təhsildə 1626 boş yer 22.08.2025 - 17:16
Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar22.08.2025 - 17:15
Gəncəli güləşçi Vasif Bağırov dünya çempionatında bürünc medal qazanıb22.08.2025 - 17:08
Süni zəka ilə yaradılan yeni dərman kəşfi22.08.2025 - 17:07
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə gənclər evində “Vulkan” inklüziv yarışı keçirilib22.08.2025 - 17:02
Rəqəmsal dövrdə yeni peşə ixtisaslarına tələbat22.08.2025 - 17:00
Lerikdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" adlı dəyirmi masa keçirilib22.08.2025 - 16:59
Sosial elmlər və beynəlxalq münasibətlər ixtisasının xaricdə oxumağın faydaları22.08.2025 - 16:56
Beyin dalğaları öyrənmə sürətini proqnozlaşdıra bilər22.08.2025 - 16:52
Dizayn və memarlıq ixtisaslarının Avropada tədris modelləri22.08.2025 - 16:50
Şəki-Zaqatala regional təhsil idarəsi məktəbəqədər müəssisələrə qəbul elan edir22.08.2025 - 16:43
Gen terapiyası irsi xəstəliklərin müalicəsini dəyişir22.08.2025 - 16:35
Elmi tədqiqatların iqtisadi inkişafdakı əhəmiyyəti22.08.2025 - 16:30
Müsahibə mərhələsinin üçüncü günü keçirilib22.08.2025 - 16:28
Yuxusuzluq yaddaş gücünü azaldır22.08.2025 - 16:20
Kino, teatr və rəqəmsal media üzrə xaricdə təhsil proqramları22.08.2025 - 16:14
Lənkəran-Astara məktəbəqədər boş yerlər 22.08.2025 - 16:13
İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin tələbə yataqxanası istifadəyə verilib22.08.2025 - 16:13
Kulinariya sənəti və otelçilik sahəsində Avropa universitetlərinin üstünlükləri22.08.2025 - 16:08
Marsda suyun izlərinə dair yeni kəşf22.08.2025 - 16:07
Süni intellekt təhsildə fərdi yanaşmanı gücləndirir22.08.2025 - 16:00
Ali təhsildə beynəlxalq əməkdaşlığın perspektivləri22.08.2025 - 15:54
Gürcüstanda məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək22.08.2025 - 15:52
Almaniyada müəllim heyəti gücləndirilir22.08.2025 - 15:37
Almaniyada 110 məktəb müasir təhsil infrastrukturuna sahib olacaq22.08.2025 - 15:22