Təhsil 365 - Logo Mobile

Cəlil Məmmədquluzadə – Azərbaycan realizmi və satirasının banisi

6019.08.2025 - 07:49
Cəlil Məmmədquluzadə – Azərbaycan realizmi və satirasının banisi

Yazıçı–dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvanda anadan olmuşdur.“Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Cəlil Məmmədquluzadəyə məxsus bənzərsiz sənət dünyasını təqdim edir.

İlk təhsilini mollaxanada, sonra isə Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş və bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887–1897). Bu dövrdə onun ilk bədii əsərləri – “Çay dəstgahı” (1889) pyesi və “Danabaş kəndinin əhvalatları” (1894, nəşri – 1936) povesti yazılmışdır.

1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa səyahət edən Məmmədquluzadə həmin şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1896-cı ildə ailə həyatı qurmuş, 1897-ci ildə qızı Münəvvər dünyaya gəlmiş, lakin həyat yoldaşı Həlimə xanımı itirmişdir.

1904-cü ildən Tiflisdə nəşr olunan “Şərqi-Rus” qəzetində çalışmış, burada jurnalist və yazıçı kimi püxtələşmişdir. İlk dəfə 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə həmin qəzetdə çap olunmuşdur. Həmin illərdə onun “Kişmiş oyunu”, L. Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” əsərləri dərc edilmişdir. Qəzetin bağlanmasından sonra Məmmədquluzadə həmkarları ilə birlikdə mətbəə alaraq ona “Qeyrət” adını vermişdir.

7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk sayı işıq üzü görmüşdür. Jurnal 1906–1918-ci illərdə Tiflisdə, 1920–1921-ci illərdə Təbrizdə, 1922–1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur. “Molla Nəsrəddin” satirik jurnalistika ənənələrinin əsasını qoyaraq Azərbaycan, Yaxın və Orta Şərqdə demokratik fikir hərəkatının öncüllərindən olmuşdur. Məmmədquluzadə bu jurnal vasitəsilə geniş şöhrət qazanmış, “mollanəsrəddinçilər” adlı böyük bir ədəbi məktəb formalaşdırmışdır.

1907-ci ildə o, Həmidə xanım Cavanşirlə ailə həyatı qurmuş, övladları Midhət və Ənvər dünyaya gəlmişdir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına nəsr və dramaturgiya sahəsində yeniliklər gətirmiş, xüsusilə kiçik hekayə janrında bənzərsiz üslub yaratmışdır. Onun əsərləri yığcam forması və dərin ictimai məzmunu ilə seçilir. Yazıçının “Ölülər” komediyası, “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” hekayələri, həmçinin “Anamın kitabı” (1919), “Danabaş kəndinin məktəbi” (1921), “Dəli yığıncağı” (1936, tamaşaya qoyuluşu – 1977) əsərləri Azərbaycan realizmi və satirasının şah nümunələridir.

O, eyni zamanda “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından biri olmuşdur. Məqalələri ilə “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” kimi mətbuat orqanlarında da fəaliyyət göstərmişdir.

Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun zəngin irsi bu gün də Azərbaycan ədəbi və ictimai fikrinin inkişafında mühüm rol oynayır.

Fidan Fətullayeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56