Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul olunanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim edilib.
“Tehsil365” xəbər verir ki, jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal