Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 8-dən 14-dək Xaçmaz rayonunda yerləşən “Təhsil” istirahət mərkəzində tələbələr üçün “Payız Düşərgəsi 2025” keçiriləcək.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, düşərgənin məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda tələbələr arasında ünsiyyət və dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Burada iştirakçılar üçün müxtəlif intellektual, idman və yaradıcılıq yönümlü fəaliyyətlər nəzərdə tutulur.
Qeydiyyat üçün son tarix 20 avqust 2025-ci il, saat 12:00 müəyyən olunub. Düşərgəyə yalnız müsahibə mərhələsində uğur qazanmış tələbələr qatılmaq imkanı əldə edəcəklər.
Qeydiyyat üçün əlaqə nömrəsi: 055-855-44-31