Avqustun 18-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi təşkil olunub.
Lənkəran - Astara regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, imtahan zamanı namizədlərə təhsil qanunvericiliyi və idarəetmə, pedaqogika və tədris metodikası, həmçinin informasiya-kommunikasiya texnologiyaları sahələrini əhatə edən suallar təqdim edilib.
Qeyd edək ki, imtahanda yalnız 2024-cü ilin noyabr–2025-ci ilin mart ayları arasında SİM platformasında keçirilmiş təlimlərdə iştirak edərək müvafiq sertifikat əldə etmiş namizədlər iştirak hüququ qazanıblar.