Təhsil 365 - Logo Mobile

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün iyulun 20-də keçirilən imtahanın nəticələri elan olunub

7219.08.2025 - 12:40
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün iyulun 20-də keçirilən imtahanın nəticələri elan olunub

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

“Tehsil365” xəbər verir ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 1361 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 20 avqust saat 10:00-dan 24 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müvəffəqiyyət şərtləri:

İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, 5 açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Rəqəmsal qeyd aparmaq öyrənməni sürətləndirir20.08.2025 - 19:00
Tələbələr üçün vaxt idarəsi bacarıqları təhsildə uğuru artırır20.08.2025 - 18:56
Yeni startap gənclərin təhsilinə dəstək verir20.08.2025 - 18:48
Gənclər üçün könüllülük layihələri artırılır20.08.2025 - 18:35
Səhər yeməyinin əhəmiyyəti20.08.2025 - 18:28
İdmanın stressə təsiri20.08.2025 - 18:15
Sağlam qidalanma imtahan nəticələrinə təsir edir20.08.2025 - 18:08
Dil öyrənmək beyni cavan saxlayır20.08.2025 - 18:00
Şəkidə yəhudi əsilli Azərbaycan şairi Simax Şeydanın xatirə gecəsi keçirilib20.08.2025 - 17:59
Fərid Qayıbov Albaniya idman rəsmiləri ilə görüşüb20.08.2025 - 17:54
İdman edən tələbələr daha yaxşı yatır20.08.2025 - 17:48
Kitab oxumaq stressi azaldır20.08.2025 - 17:35
Jurnal yazmaq stressi azaldır20.08.2025 - 17:28
Vitaminlər yaddaşa təsir edir20.08.2025 - 17:15
Pitçinq mərhələsinə keçən film layihələrinin prodüserləri ilə görüş20.08.2025 - 17:10
Rənglərin psixoloji təsiri20.08.2025 - 17:08
Maestro Niyazinin xatirəsi anılıb20.08.2025 - 17:00
Qazaxda gənclər arasında sorğu keçirilib20.08.2025 - 16:55
Fasilələrlə oxuma daha effektivdir20.08.2025 - 16:55
Yuxu zamanı öyrənilənlər möhkəmlənir20.08.2025 - 16:50
Şəmkirdə məktəblilər arasında üzgüçülük turniri keçirilib20.08.2025 - 16:45
Su içmək konsentrasiyanı artırır20.08.2025 - 16:40
Kosmos elmləri və aerokosmik mühəndislik üzrə xaricdə təhsil imkanları20.08.2025 - 16:35
Açıq havada gəzmək yaddaşı gücləndirir20.08.2025 - 16:33
Peşə təhsilində isitmə-soyutma sistemləri üzrə ödənişsiz təlimlər20.08.2025 - 16:30
Musiqi dinləmək beyni stimullaşdırır20.08.2025 - 16:17
Naxçıvan Dövlət Universitetinin startap komandaları “İnnostart” layihəsinin qalibləri olub20.08.2025 - 16:15
Qəhvə istifadəsi ilə diqqət artımı20.08.2025 - 16:05
Mədəniyyət və incəsənət ixtisaslarının Avropa və Amerika universitetlərində tədrisi20.08.2025 - 16:00
Yunanıstanda müəllim çatışmazlığı və hökumətin qeyri-adi həll təklifi20.08.2025 - 15:54
Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişatı20.08.2025 - 15:49
Jurnalistika və media ixtisası üzrə xarici universitetlərdə təhsil imkanları20.08.2025 - 15:45
Yunanıstan orta məktəblərində müəllim çatışmazlığı problemi20.08.2025 - 15:39
Hüquq ixtisası ilə xaricdə təhsil: yerli və beynəlxalq hüquq fərqləri20.08.2025 - 15:30
Kırımda 1 Sentyabr “Bilgi Günü” mərasimləri qapalı məkanlarda keçiriləcək20.08.2025 - 15:24
Biznes və idarəetmə üzrə magistr proqramları: MBA-nın beynəlxalq rolu20.08.2025 - 15:15
Sankt-Peterburq Dövlət Universitetinə müraciətlər 50% artdı20.08.2025 - 15:09
Xaricdə mühəndislik ixtisaslarının üstünlükləri və iş bazarı20.08.2025 - 15:00
Qəbələ Dövlət Peşə təhsil mərkəzində “Açıq qapı” günü keçiriləcək20.08.2025 - 14:55
Rusiyada məktəblərdə xarici şagirdlərin sayı kəskin azaldı20.08.2025 - 14:49
Mingəçevir Dövlət Universiteti “Innostart Grand Final – Demo Day” tədbirində iştirak edib20.08.2025 - 14:40
Rusiyada məktəb ləvazimatlarının qiyməti artdı – “məktəb səbəti” 17,5 min rubla başa gəlir20.08.2025 - 14:33
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə vakansiya elan olunub20.08.2025 - 14:25
14 yaşlı şagirdin yaratdığı ekosistem kosmosa göndəriləcək20.08.2025 - 14:17
Logistika operatoru ixtisası üzrə ödənişsiz təlimə start verilib20.08.2025 - 14:10
160 illik özəl məktəb bağlanır: Valideynlər və müəllimlər şokda20.08.2025 - 14:03
Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib?20.08.2025 - 13:54
Britaniyada məktəb mövsümü: Valideynlərə qənaət və dəstək yolları20.08.2025 - 13:48