“2022-2028 Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ilində nüfuzlu Stenford Universitetində təhsil alacaq iştirakçıların adları açıqlanıb. Müvafiq beynəlxalq reytinq sistemlərində “universitetlər üzrə top 10”da yer alan Stenford Universitetində ümumilikdə 4 nəfər təhsil alacaq.
“Tehsil365” xəbər verir ki, onlardan 1 nəfər magistratura, 3 nəfər isə bakalavriat səviyyəsində təhsilini davam etdirəcək. Proqram iştirakçıları arasında Allahverdiyev İbrahim (mühəndislik fizikası, bakalavriat), Sədirova Aytən (elektrik mühəndisliyi, magistratura), Səmədov Sadiq (aeronavtika və astronautika mühəndisliyi, bakalavriat) və Məmmədov Orxan (kompüter mühəndisliyi, bakalavriat) yer alır.
Qeyd edək ki, “2022-2028 Dövlət Proqramı” xaricdə nüfuzlu universitetlərdə Azərbaycan gənclərinin təhsil almasına dəstək məqsədi daşıyır.