I ixtisas qrupu üzrə 662 bal toplayan Murad Bəşirli Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.
“Tehsil365” xəbər verir ki, Murad Bəşirli Sabunçu rayonu N.İsmayılov adına 80 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.
Bakı Ali Neft Məktəbi abituriyenti təbrik edərək, ona gələcək təhsilində uğurlar arzulayıb.