Masa arxasında uzun müddət düzgün oturmamaq onurğa problemlərinə yol açır. Bu isə gələcəkdə ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər.
“Tehsil365” xəbər verir ki, uşaqların stul və masalarının boylarına uyğun seçilməsi vacibdir. Düzgün oturuş həm bel sağlamlığına, həm də dərs zamanı diqqətin cəmlənməsinə təsir edir.
Həkimlər məktəblilərin hər 30-40 dəqiqədən bir kiçik hərəkətlər etməsini tövsiyə edirlər. Bu, həm də əzələ yorğunluğunu azaldır.