"Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib.
“Tehsil365” xəbər verir ki, 19 avqust Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən "Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə şagird qəbulu üzrə imtahan təşkil olunub.
Ümumilikdə 97 şagirdin iştirak etdiyi imtahan Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Qeyd edək ki, ümumi təhsil müəssisəsinin VII sinfinə qəbul prosesi yekun imtahan nəticələri əsasında aparılacaq.