Avqustun 19-da Astara rayonu üzrə Təhsil sektorunun və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində “Uşaqların asudə vaxtının səmərəli təşkili” məqsədilə Astara rayonunun Ərçivan qəsəbə Körpələr evi-uşaq bağçasında “Nağıl saatı” keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə uşaqlara müxtəlif mövzularda biliklər çatdırılıb, həmçinin onların maraq dairəsinə uyğun nağıl təqdim olunub. Mərkəzin bələdçisi Cəmalə Məmmədova balaca dinləyicilərə “Turpun” nağlını danışıb.