Quba Rayonunda uşaq hüquqlarının müdafiəsi istiqamətində növbəti tədbir həyata keçirilib. Uşaq hüquqlarının müdafiəsi üzrə Quba Rayon Komissiyasının təşkilatçılığı ilə Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya olunan, təlim-tərbiyə və psixoloji dəstək alan uşaqlar üçün əyləncəli proqram keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində uşaqlar müxtəlif yarışlarda, viktorinalarda və əyləncəli personajların iştirakı ilə təqdim olunan proqramlarda iştirak ediblər. Məqsəd onların asudə vaxtını səmərəli təşkil etmək, sosial bacarıqlarını inkişaf etdirmək və əylənərək öyrənmələrinə şərait yaratmaq olub.
Proqram uşaqların böyük marağına səbəb olub və onların yaddaşında xoş xatirələr kimi qalacaq.