19 avqust - Dünya Fotoqrafiya Günü münasibəti ilə Qobustan gəncləri əlamətdar tarixi xüsusi şəkildə qeyd ediblər. Fotoqrafiya yalnız sadə bir hobbi deyil, həm də sənət və elmin qovuşduğu sahə kimi insanların gördüklərini, hiss etdiklərini və düşündüklərini zamandan asılı olmayaraq gələcək nəsillərə ötürmək gücünə malikdir.
“Tehsil365” xəbər verir ki, gənclər bu günü müxtəlif yaradıcılıq fəaliyyətləri ilə dəyərləndirərək həm estetik baxışlarını, həm də dünyanı fərqli prizmadan görmək bacarıqlarını nümayiş etdiriblər. Foto obyektivindən baxmaq gənclərə həm gözəlliyi kəşf etməyi, həm də ictimai mesaj ötürməyi öyrədir.
Belə tədbirlər gənclərdə vizual mədəniyyətin inkişafına, yaradıcı təfəkkürün güclənməsinə və milli-mədəni irsin müasir texnologiyalar vasitəsilə qorunub saxlanılmasına şərait yaradır.