Mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb.
“Tehsil365” xəbər verir ki, valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini avqustun 20-dən qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər.
Sənəd qəbulu zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edib imzalamalı, şagirdin oxuduğu məktəbdən sənədləri götürməli, qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidir.
Müəyyən olunmuş müddətdə sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və sorğu sistemdən silinəcək.
Son müraciət tarixi: 25 avqust(saat 12:00)