Mingəçevir Dövlət Universiteti innovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP:VC şirkətinin tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində keçirilən “Innostart Grand Final – Demo Day” tədbirində iştirak edib.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə startap komandalarının təqdimatları izlənilib, gənclərin innovativ ideyaları və yaradıcılıq potensialı yüksək qiymətləndirilib.
Həmçinin SUP:VC tərəfindən həyata keçirilən Təlimçilər üçün Təlim proqramını uğurla başa vuran MDU əməkdaşları Faiq Yusifli və Müsfiq Hüseynov sertifikatlarla təltif olunublar.